Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər davam edir
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı Lənkəran Dövlət Humanitar Kollecində təsdiq edilmiş tədbirlər planına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan tədbirlərdən biri də Lənkəran şəhərində yerləşən müxtəlif muzeylərə kollecin tələbə və müəllimlərinin ekskursiyalarının təşkilidir. Artıq 18 may 2018-ci il tarixindən tələbə və müəllimlərin Lənkəran Tarix-Diyarşünaslıq muzeyi və 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, General-mayor Həzi Aslanovun ev muzeyinə ekskursiyaları davam edir.