“Azərbaycan opera sənəti” mövzusunda seminar
18 may 2017-ci tarixində Lənkəran Dövlət Humanitar Kollecinin “Musiqi və təsviri incəsənət” şöbəsinin tələbə və müəllimləri Masallı Asan Xidmət Mərkəzinin Heydər Əliyev İncəsənət məktəbində Heydər Əliyev fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əməkdar Artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının müəllimi Gülnaz İsmayılovanın “Azərbaycan opera sənəti” mövzusunda mühazirəsini dinlədilər. Mühazirədən sonra əməkdar artis tələbələrin suallarını cavablandırda və onlarla səmimi söhbət etdi. Sonra xatirə şəkilləri çəkildi.