Humanitar fənlər

Humanitar fənlər

Kollecin Azərbaycan dili,ədəbiyyat və xarici dillər FBK-nın sədri Bəşirova Ülkər Rafail qızı. Bəşirova Ülkər Rafail qızı 1975-ci il yanvarın 17-də Lənkəran şəhərində anadan olmuşdur.1982-ci ildə Lənkəran şəhər 5 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1992-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbi bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin Filiologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunmuş, 1997 –ci ildə LDU-nu bitirmişdir. 1994 –cü il Lənkəran şəhər 6 saylı məktəbdə müəllim kimi  pedaqoji fəaliyyətə başlayıb.2004-cü ildən Lənkəran Pedaqoji Texnikumunda – hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji-Kollecdə pedaqoji fəaliyyətini  Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam etdirir.

2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı  var.