Mülki Müdafiə Qərərgahı

Quliyev Sahil Xeyrulla oğlu.
Quliyev Sahil Xeyrulla oğlu 24 fevral 1961-ci il Lənkəran rayonunun Seyidəkəran kəndində fəhlə ailəsində anadan olub.1968-ci ildə Lənkəran rayonunun Kənarmeşə kənd tam orda məktəbinin Ⅰ sinfinə daxil olub,1978-ci ildə həmin məktəbin Ⅹ sinifini bitirib.1978-ci ilin iyulundan 1979-cu ilin sentyabr ayına kimi B.O. Abbasov adına sovxozda fəhlə işləyib.1979-cu ildə Sentrosoyuzun Bakı Kooperativ texnikumuna daxil olub.1980-ci ildən 1982-ci ilə kimi hərbi xidmətdə olub.1983-cü ildə Sentrosoyuzun Bakı Kooperativ texnikumunu “Plançı” ixtisası üzrə bitirib.1983-cü il Lənkəran Rayon istehlak Cəmiyyətinin Xolmili kənd təsərrüfat malları mağazasına satıcı vəzifəsinə təyin olunub.
1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olub.1989-cu ildə N.A.Vornesenski adına Leninqrad Maliyyə-İqtisad institutunun Bakı filialını Əməyin İqtisadiyyatı ixtisası üzrə bitirib. 1989-cu ilin iyul ayından B.O. Abbassov adına sovxoza iqtisadçı vəzifəsinə qəbul olub.1999-cu ildə Kənarmeşə İstehsalat Kooperativinin iki yerə ayrılması ilə əlaqədar olaraq işdən azad olunub.2012-ci ildən 2016-cı ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kənarmeşə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyib. 2021-ci ilin iyun ayından 2022-ci ilin iyun ayına kimi Lənkəran Dövlət Universitetində Klub müdiri vəzifəsində işləyib. 2022-ci ilin iyun ayından 2024-cu ilin yanvar ayına kimi Lənkəran Dövlət Universitetinin Mülki Müdafiə Qərərgahının rəhbəri vəzifəsində işləyib.
2000-ci ilin mart ayından YAP-nın üzvüdür. Ailəlidir 3 övladı var.