Kollecdə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Tarixi faciə günü” mövzusunda dəyirmi masa təşkil olundu.

Kollecdə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Tarixi faciə günü” mövzusunda dəyirmi masa təşkil olundu.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Tarixi faciə günü” mövzusunda dəyirmi masa təşkil olundu. “Tarix və sosial fənlər” FBK-nın müəllimləri-Ziya Əlinur, Mələk Əhmədzadə, Ayla Nəzirli və Payızgül Baxşızadə çıxış edərək bildirdilər ki, 31 mart tarixi 1998-ci ildən etibarən dövlət səviyyəsində qeyd olunur və bu gün xalqımızın üzləşdiyi ağır faciələrin xatirəsini yaşadır, XX əsr boyu Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara və soyqırımı siyasətinə məruz qalmışdır və 31 Mart hadisələri bu faciələrin ən ağrılı səhifələrindən biri kimi tarixə düşmüşdür. Bu hadisələrin araşdırılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdır. Onun 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bu faciəyə hüquqi-siyasi qiymət verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, həmçinin qeyd olundu ki, Azərbaycan xalqı yalnız faciələrlə deyil, həm də qəhrəmanlıq tarixi ilə yadda qalmışdır. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi — 44 günlük Vətən müharibəsi xalqımızın birliyini, iradəsini və vətənpərvərliyini bütün dünyaya nümayiş etdirmişdir. Bu müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yer almışdır.
Sonda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş videoçarx nümayiş olundu.

Добавить комментарий