Kollecdə mühazirə dinlənildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “WUF13 və dayanıqlı şəhər inkişafı” mövzusunda mühazirə dinlənilib. Mühazirədə çıxış edən “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Fidan Feyzullazadə dayanıqlı şəhər inkişafının müasir dövrdə aktuallığından, şəhərlərin planlaşdırılmasında ekoloji tarazlıqdan, bu istiqamətdə beynəlxalq təcrübədən, resurslardan səmərəli istifadə, nəqliyyat sisteminin optimallaşdırılması və sosial rifahın yüksəldilməsi kimi prioritet istiqamətlərdən, dayanıqlı inkişaf prinsiplərinin tətbiqinin şəhərlərin gələcək inkişafında mühüm rolundan bəhs etdi.

