Kollecdə maarifləndirici tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu tərəfindən “Təhsil Krediti” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Kollecin tədris işləri üzrə direktor müavini Emil Vahabov Təhsil Tələbə Kredit Fondunun təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmətindən bəhs etdi, bildirdi ki, Kollec üzrə Təhsil Tələbə Kreditinə müraciət edən və yararlanan tələbələrin sayı günbəgün artmaqdadır.
Tədbirdə çıxış edən təhsil tələbə krediti fondunun əməkdaşı Günay Xəlilova təhsil krediti, onun kateqoriyalarından, üstünlüklərindən, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək istiqamətində fondun fəaliyyətindən məlumat verərək valideyn və tələbələri maraqlandıran sualları cavablandırdı.
Sonda “Təhsil Krediti”ni əks etdirən maarifləndirici videoçarx nümayiş olundu.

