Kollecdə dəyirmi masa təşkil olundu.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycanda şəhərsalma siyasəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa təşkil olundu. Dəyirmi masada çıxış edənlər “İqtisadiyyat fənlər” FBK-nın sədri Həbib Həbibi, “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mehman Kərimov, “Riyaziyyat və informatika” FBK-nın müəllimi Aygün Həsənzadə, “Humanitar fənlər” FBK-nın müəllimi Sudabə Mövsümzadə, “Təbiyyat fənləri” FBK-nın müəllimi Şəms Ağazadə beynəlxalq təcrübənin şəhərlərin davamlı inkişafında planlı və strateji yanaşmasının əhəmiyyətindən, bir çox ölkələrdə şəhərsalma siyasətinin ekoloji tarazlıq və sosial rifah prinsiplərinə əsaslandığından, qabaqcıl ölkələrin təcrübəsinin digər dövlətlər üçün mühüm rolundan, şəhərlərdə nəqliyyat, infrastruktur və yaşıllıq sahələrinin balanslı inkişafının vacibliyindən bəhs etdilər.

