Kollecdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi.
31 mart 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Soyqırımın Tarixi və Beynəlxalq Hüquq Perspektivi” mövzusunda xüsusi dərs keçirildi. Xüsusi dərsdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Günel Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün mahiyyətindən, insanlığa qarşı törədilən erməni vandalizminin təzahüründən, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğınlar, dinc əhalinin amansızcasına qətlə yetirilməsi, yaşayış məntəqələrinin dağıdılması və mədəni irsimizə vurulan zərbələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, beynəlxalq hüquq baxımından bu cür hadisələr insanlığa qarşı cinayətlər və soyqırımı aktları kimi qiymətləndirilir. Belə hadisələr Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına, xüsusilə də insan hüquqlarının qorunması və soyqırımın qarşısının alınmasına dair konvensiyalara ziddir. Bu səbəbdən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün unudulmaması, gələcək nəsillərə düzgün şəkildə çatdırılması və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması hər bir azərbaycanlının mənəvi borcudur.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

