Kollecdə “Gender Bərabərliyi: Bərabər Hüquqlar, Güclü Cəmiyyət” mövzusunda xüsusi dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan Respublikasında gender bərabərliyi üzrə (kişi və qadınların) 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planına əsasən “Gender Bərabərliyi: Bərabər Hüquqlar, Güclü Cəmiyyət” mövzusunda xüsusi dərs keçirildi. Xüsusi dərsdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Ayla Nəzirli gender bərabərliyi anlayışı qadın və kişilərin yalnız hüquq baxımından deyil, həm də iqtisadi, sosial və mədəni imkanlar baxımından bərabər olmasından, gender stereotiplərinin formalaşma mexanizmlərindən, onların cəmiyyətin inkişaf dinamikasına göstərdiyi mənfi təsirindən, stereotiplərin aradan qaldırılması üçün erkən yaşlardan maarifləndirmə işinin aparılmasından, təhsil müəssisələrində bu istiqamətdə sistemli tədbirlərin təşkilindən bəhs etdi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

