Kollec tələbələrinin müəssisələrdə istehsalat təcrübəsi davam edir.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbələrinin müəssisələrdə istehsalat təcrübəsi davam edir. Kollecin tədris işləri üzrə direktor müavini Emil Vahabov, təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi Zəka Mehrəliyev Dövlət Arxivinin Lənkəran Filialı, Embawood MMC, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Lənkəran Şəhər Bölgə Zona Təcrübə Stansiyası, Lənkəran Dövlət Universitetinin Aqrar-Mühəndislik fakültəsinin təcrübə bazasında təcrübə keçən tələbələrin fəaliyyətinə baxış keçiriblər.

