Kollecdə Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası (WUF13) çərçivəsində“Şəhər planlaşdırmada yeni yanaşmalar” mövzusunda tədbir keçirildi.

Kollecdə  Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası (WUF13) çərçivəsində“Şəhər planlaşdırmada yeni yanaşmalar” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyası (WUF13) çərçivəsində “Şəhər planlaşdırmada yeni yanaşmalar” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva, “Tarix və sosial fənlər” FBK-nın müəllimlər – Zaidə Məlikova, Sevanə Abbasova, Ayla Nəzirli şəhər planlaşdırılmasının yalnız fiziki mühitin təşkili ilə məhdudlaşmadığını, eyni zamanda sosial, iqtisadi və ekoloji amillərin kompleks şəkildə nəzərə alınmasının vacibliyindən, şəhər planlaşdırmada innovativ həllərdən, beynəlxalq təcrübələr və Azərbaycanda həyata keçirilən layihələr barədə ətraflı məlumat verdilər. Bildirildi ki, müasir dövrdə “ağıllı şəhər” konsepsiyası, yaşıl infrastrukturların tətbiqi, nəqliyyat sistemlərinin optimallaşdırılması və rəqəmsal texnologiyaların inteqrasiyası şəhərsalmanın əsas prioritet istiqamətlərindəndir.

Добавить комментарий