Lənkəran Dövlət Humanitar Kollecində Bayraq gününə həsr edilmiş açıq dərs keçirildi
8 noyabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin “Pedaqogika və psixologiya” FBK-nın sədri Nahidə Cəfərovanın “Milli əxlaq və ailə etikası” fənnindən açıq dərsi keçirildi. Dərsin mövzusu “Ailə və nigah münasibətlərinin tipləri. Ailə qurmaq üçün sosial psixoloji iqlim” olsada açıq dərs 9 noyabr Dövlət Bayrağı gününə həsr edilmişdi. II Ç “Kitabxana informasiya təminatı” ixtisasında baş tutan açıq dərsdə Kollecin direktor müavini Ülviyyə Rzayeva, şöbə müdiri Bəyəli Rüstəmov, psixoloq Zülfiyyə Əliyeva, FBK sədri Səbirə Sadıqova, müəllim t.ü.f.d. Cəmil Quliyev, sayt üzrə mütəxəssis Aygün Axundzadə iştirak edirdi. Tələbələrdən Nazlı Əliyeva,Zülfiyyə Quliyeva, Gülşən Cavadova, Aytac Əhmədova, Fidan Hüseynzadə, Tahirə Məmizadə,Aysun Tarverdizadə və başqaları bayraq gününə aid şerlər söylədilər.