Direktor: Leyla Ibrahimova
Ruslan Allahverən oğlu Həmidov 08 yanvar 1971-ci ildə Astara rayonu, Maşxan kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1993-cü ildə həmin fakültəni bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çalışır- müəllim, baş müəllim, dekan müavini, tədris hissəsinin müdiri, kadrar şöbəsinin müdiri, 2007-ci ildən 2014-cü ilədək isə inzibati-təsərrüfat işləri üzrə prorektor. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1211.01- “Diferensial tənliklər” ixtisası üzrə “Çoxölçülü oblastda xətti elliptik tip tənliklər üçün əmsalların optimal indentifikasiyası məsələləri” mövzusunda disertasiya işini müdafiə edərək riyaziyyat elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 15 elmi məqalənin müəllifidir, Polşa, Rusiya, Turkiyə, Gürcüstan, Litva və.s respublikalarında keçirilən elmi seminar və konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 2007-2008-ci illərdə Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqamı çərçivəsində “Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi” mövzusunda qrantının ( INTAS Project № 06-1000017-8909), 2009-cu ildə NATO-nun “Sülh və təhlükəsizlik üçün Elm Şöbəsi”-nin maliyələşdirdiyi “NATO NİG- 083659/ Lənkəran Dövlət Universitetinin Təhsil şəbəkəsi” qrantının layihə içraçısı olmuşdur. Ailəlidir, iki qızı və bir oğlu vardır.
Azərbaycan Respublikasının Təhsil Naziri Cənab Mikayıl Cabbarovun 16 may 2014-cü il tarixli əmri ilə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru təyin olunmuşdur.
E-mail: director@ldhk.edu.az