Xocalı faciəsi ən ağrılı yerimizdir

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan xalqının XX əsrdə yaşadığı ən qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Onlayn keçirilən tədbir Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutu ilə başladı.

Kollecin direktoru dosent Ruslan Həmidov çıxış edərək bildirdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətdir. 44 gün davam edən və Azərbaycan xalqının qələbəsi ilə bitən II Qarabağ müharibəsini Xocalı faciəsinə xalqımızın layiqli cavabı, qisası kimi dəyərləndirdi. Qanlı soyqırıma ilk dəfə hüquqi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd etdi. Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar olaraq kollecdə təşkil edilmiş foto sərgi və rəsm müsabiqəsinin keçirildiyi qeyd olundu. Rəsm müsabiqəsinə “Təsviri incəsənət müəllimliyi” ixtisasının II kurs tələbələrinin faciənin dəhşətlərini əks etdirən 10-dan çox rəsm əsəri daxil olmuşdur. Onların içərisində 2 iş fərqləndirilmişdir. Direktor 26 Fevral–Xocalı faciəsinin ildönümündə Kollecin bütün korpuslarında ilk dərslər Xocalı soyqırımına həsr ediləcəyini vurğuladı.

Sonra söz Kollecin “Tarix və ictimai elmlər” FBK-nın müəllimi Qətilə Şükürovaya verildi. Məruzəçi bildirdi ki, artıq neçə illər, əsrlərdir ki, xalqımız erməni vəhşiliklərindən əziyyət çəkir. Ermənilərin Xocalıda törətdikləri cinayət xalqımızı təşvişə salsa da, düşmənlərimiz üçün adi qarşılanır. Görünür belə vəhşiliklər ermənilərin genetik xüsusiyyətlərindəndir və onlar belə hərəkətlərdsən zövq alırlar. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın da daxil olduğu İslam Konfransı Təşkilatı (İKT) ilə birlikdə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. Bu təşkilata daxil olan ölkələr Xocalı soyqırımını rəsmi olaraq qəbul etmişlər. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir. Xocalı faciəsi hər il dünyanın 80-dən artıq ölkəsində geniş şəkildə anılır və ictimaiyyətə çatdırılır. Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir.

Biz həmin gecə canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq. Çıxış üçün söz Kollecin “Kitabxana informasita təminatı” ixtisasının I kurs tələbələri Ləman Quliyeva,Gülnurə Bayramova  və Aytac Əliyevaya verildi. Tələbələr Xocalı şəhidləri haqqında hazırladıqları “O qanlı gecənin Ana fəryadı” adlı şeri söylədilər. Onlayn anım tədbiri Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarxın nümayişi ilə başa çatdı.

 

Aygün Axundzadə

Kollecin İT mütəxəssisi

 

 

 

 

Bir cavab yazın