İmtahan sessiyasının başlanması ilə əlaqədar TGT üzvləri və qrup nümayəndələri ilə onlayn tədbir keçirildi
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar–Texnoloji Kollecində TGT üzvləri və qrup nümayəndələri ilə Kollec rəhbərliyinin 2020–2021–ci tədris ilinin yaz imtahan sessiyasının
təhlilinə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbirdə Kollecin direktoru dosent Ruslan Həmidov tələbələri bu prosesdə hüquq və vəzifələrinə aid ətraflı məlumatlandırdı və tələbələri maraqlandıran sualları cavablandırdı. Görüşdə həmçinin imtahan sessiyasının başlanması ilə bağlı TGT üzvlərinin və qrup nümayəndələrinin rəy və təklifləri dinlənildi.