“XXI əsrdən baxış:din və qadın” mövzusunda online video konfrans keçirildi.

“XXI əsrdən baxış:din və qadın” mövzusunda online video konfrans keçirildi.

İyunun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrdən baxış: din və qadın və maarifçilik yolunda Azərbaycan qadınları” mövzusunda videokonfrans keçirilib. Videokonfransda təşkilatçı qurumların nümayəndələri, rayonun fəal qadınları, təhsil işçiləri və gənclər iştirak ediblər. Tədbirdə DQİDK yanında İctimai Şuranın sədri Sevinc Alızadə, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, DQİDK-nın əməkdaşı Aysel Abdullayeva, Lənkaran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Könül Manafova, Lənkəran Dövlət Universitetinin müəllimləri, Lənkəran rayon təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, Kollecin psixoloqu Zülfiyyə Əliyeva, rayon ziyalılarının iştirakı ilə baş tutan tədbir erkən nikah probleminin bütün zamanlarda cəmiyyətimizi düşündürən aktual problem olduğu haqqında qeyd olunub. Komitənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva çıxışı zamanı erkən nikahların törətdiyi fəsadlardan qaynaqlanan problemlərin sayının artmasına diqqət çəkib. Bu kimi halların sayının artmasının arzuolunmaz hal olduğunu qeyd edən şöbə müdiri bildirib ki, problemin əsas mənbəyindən birini də qızların təhsildən yayındırılması təşkil edir. Cəmiyyətimizdə qadınlara qarşı öz həmcinsləri tərəfindən zorakılıq faktları mövcuddur və bu hal irsən gələcək nəsillərə ötürülür. Şərqdə ilk dəfə kişilərlə bərabər səsvermə hüququ qazanan, ilk operanı yazan, ilk dəfə pilot peşəsinə yiyələnən və daha neçə-neçə ilklərə öz imzasını atmış Azərbaycan qadını heç vaxt aciz ola bilməz. Cəmiyyətin ziyalı qadınları əl-ələ verib zorakılığa məruz qalan, hüquqları tapdalanan həmcinslərinə kömək etməli, onların müasir dünyanın tələblərinə uyğun təhsilə sahib olmaları üçün dəstək göstərməlidirlər. Təhsili və peşəsi olmadığı səbəbilə illeqal yollarla qazanc əldə etməyə çalışan qadınların acınacaqlı vəziyyətinə də diqqət çəkən Şura sədri, xüsusilə bölgələrdə maarifləndirmənin önəminə toxunub. Təqdimatında öncül Azərbaycan qadınlarından nümunələr gətirən natiq qadınların təhsilli olmasının vacibliyini vurğulayıb. Videokonfrans müzakirələrlə yekunlaşıb.

 

                                        Ülviyyə Rzayeva

             LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tərbiyə işləri üzrə direktor müavini

 

 

 

 

 

 

 

Bir cavab yazın