Qazi Kollecdə işlə təmin olundu
Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulub. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Təhsil Nazirliyi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil edilmişdir. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaqdır. İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 450-dən çox müraciət müsbət həllini tapmışdır.
44 günlük Vətən müharibəsi iştirakçısı, qazi Hüseynli Mais Saleh oğlu Şəhid ailə üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonuna” qoşularaq LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec tərəfindən təqdim edilən vakansiya üzrə işlə təmin edildi. Mais Hüseynli 1998-ci ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuşdur. II Qarabağ döyüşlərində yaxından iştirak etmiş, Fizuli, Cəbrayıl, Qubadlı rayonlarının alınmasında qəhrəmanlıq və şücaət göstərərək vuruşmuş və ağır qəlpə yaraları almışdır. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Qazimizə gələcək həyatında uğurlar arzulayırıq.
Cəmil Quliyev
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi