LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İKT sahəsində bilik və bacarıqların qiymətləndirilməsi” mövzusunda açıq dərs keçirildi.
17 noyabr 2021–ci il tarixində Kollecin müəllimi Aybəniz Rəfiyevanin açıq dərsi keçirildi. Dərsin mövzusu “İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadə”yə həsr olunmuşdu. Fənn müəllimi mövzuda tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi sahəsində mövcud vəziyyətin araşdırılması, tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmlərinin işlənib hazırlanması, onların tətbiqi, təhsil sistemində məlumat bazalarının təkmilləşdirilməsi üzrə tədbirlər görülməsi haqqında geniş və ətraflı məlumat verdi. Keçirilən açıq dərsdə direktor müavini, Ü.Rzayeva, şöbə müdiri D.Əskərov, bölmə rəhbəri T.Əmənova, direktor köməkçisi t.ü.f.d. C.Quliyev, psixoloq Z.Əliyeva, İKT üzrə mütəxəssis A.Axundzadə iştirak edirdilər.
Cəmil Quliyev
İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.