Kollecdə “Ailə dəyərləri haqqında maarifləndirmə işinin gücləndirilməsi. Gənclər arasında erkən nikah və fəsadları, anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda açıq dərs keçirildi.

Kollecdə “Ailə dəyərləri haqqında maarifləndirmə işinin gücləndirilməsi. Gənclər arasında erkən nikah və fəsadları, anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi” mövzusunda açıq dərs keçirildi.

30 noyabr 2021–ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Fiziki tərbiyə müəllimliyi” ixtisasının II kurs tələbələrinə “Hüququn əsasları” fənnindən açıq dərs keçirildi. Dərsin mövzusu “Ailə dəyərləri haqqında maarifləndirmə işinin gücləndirilməsi. Gənclər arasında erkən nikah və fəsadları, anti-sosial davranışın qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi”nə həsr olunmuşdu. “Tarix və ictimai elmlər” FBK-nın müəllimi Cəmil Quliyev məruzəsində bildirdi ki, Azərbaycan ailə qanunvericiliyinə dair müddəalar və tənzimləmələr Ailə Məcəlləsində qeyd olunmuşdur. Nikahın və boşanmanın hüquqi statusu, valideynlik hüquqları və vəzifələri, ər və arvadın birgə əmlakının hüquqi statusu, nikah müqaviləsi, nikaha qədərki əmlak tənzimləməsi, uşaq hüquqları və uşaqların tərbiyəsi, aliment, övladlığa götürmə və əlaqəli ailə münasibətlərinə dair məsələlər qanunvericiliklə tənzimlənmişdir. Bir sıra hallarda əcnəbilər hüquq və vəzifələri, nikah dövründə əldə edilmiş əmlaka tətbiq olunan birgə əmlak statusunu bilmədən Azərbaycan Respublikasında və ya Azərbaycan vətəndaşları ilə nikaha daxil olurlar. Bu səbəbdən nikaha daxil olmamışdan, eləcə də boşanmaya və ya uşağın kimin himayəsində qalması ilə bağlı mübahisələrə səbəb olacaq ailədaxili anlaşılmazlıqların başlamasından əvvəl düzgün hüquqi məsləhətin əldə edilməsi məqsədəmüvafiqdir. Fənn müəllimi bildirmişdir ki, ölkə qanunlarına əsasən 18 yaşını tamamlamayan hər bir şəxs uşaq sayılır, 18 yaşdan aşağı həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlinir. Açıq dərsdə iştirak edən fənn müəllimləridə çıxış edərək qeyd etdilər ki, erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu tərz açıq dərslərin, maarifləndirmə işlərinin yalnız tələbələlər arasında aparılmasının kifayət olmadığı bildirilmişdir. Çünki, bu haqda tələbəyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlərin, din xadimlərinin, bölgənin nüfuzlu adamlarının və valideynlərin cəlb edilməsinin, bu haqda insanlara düzgün məlumatlar çatdırılmasının vacibliyi qeyd edilmişdir. Keçirilən dərsdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva, “Tarix və ictimai elmlər” FBK-nın sədri Günel Abdullayeva, fənn müəllimləri Qətilə Şükürova və Aydan Vəliyeva iştirak edirdilər.

 

                                                                        Aygün Axundzadə

                                                                       İKT üzrə mütəxəssis

Bir cavab yazın