Kollecimizdə “Avropa İİV-ə testləşmə həftəliyi” çərçivəsində və 1 Dekabr Ümümdünya QİCS-lə Mübarizə Gününə həsr olunmuş aksiya-tədbir keçirildi.
26.11.2015-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və QİCS-lə Mübarizə Mərkəzinin birgə təşkil etdiyi “Avropa İİV-ə testləşmə həftəliyi” çərçivəsində və 1 Dekabr Ümümdünya QİCS-lə Mübarizə Gününə həsr olunmuş aksiya-tədbir keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin QİCS-lə Mübarizə Mərkəzinin həkimi Telman Məhərrəmov QİCS nədir? Necə yoluxur? Hansı hallarda yoluxmur? Xəstəliyi necə aşkarlamaq olar? Dünyada və Azərbaycanda vəziyyət necədir? və s mövzularda danışdı. Sonra Respublika Ombusman aparatının Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayıl çıxışında bildirdi ki, kampaniya ərzində keçiriləcək tədbirlər İnsanın İmmun çatışmazlığı virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınması, o cümlədən əhalinin İİV/QİÇS haqqında biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədi daşıyır.
Həmcinin tədbirdə Lənkəran Regional QİCS-lə Mübarizə Mərkəzinin direktoru Rəmiəli İbişov, tibbi-personal həkim Nizami Zahidov və mərkəzin lobarantı Nərmin Zəkiyeva iştirak edirdilər.
Daha sonra İİV/QİCS statusunu müəyyən etmək məqsədilə həkimlər tələbələr üçün könüllü və anonim qaydada ekspress-test keçirdilər. Tələbələrə müxtəlif buklet və kitabçalar paylanıldı. Aksiya saat 1100 dan 1500 -a kimi davam etdi.