Yeni təyinat

Yeni təyinat

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevin 10 oktyabr 2022-ci il tarixli əmri ilə İbrahimova Leyla Tofiq qızı Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktoru vəzifəsinə təyin olunmuşdur.

Leyla Tofiq qızı İbrahimova 04 mart 1988-ci ildə Lənkəran rayonu Darquba kəndində anadan olmuşdur, 1993-2004-cü illərdə orta təhsil almış, 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş, 2008-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur, həmin il LDU-nun “Azərbaycan dili” ixtisası üzrə magistraturasına daxil olmuş, 2010-cu ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2016-cı illərdə bank sektorunda çalışmışdır. 2016-ci ildən 2020-ci ilədək Lənkəran Dövlət Universitetində laborant, tyutor daha sonra TTTTM-də “Tədrisin təşkili və əlavə təhsil”, “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin rəhbəri olmuşdur. 12 oktyabr 2020-ci ildən 12 oktyabr 2022-ci ilədək LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. LDU-nun “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının 0.5 ştat müəllimi və doktorantıdır. Leyla İbrahimova 2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 10-dan artıq tezis və məqalənin müəllifidir. Ailəlidir, 2 övladı var.

 

Bir cavab yazın