Kollecdə “Dövlət Müstəqilliyinin Bərpasının” 31-ci il dönümünə həsr olunmuş tədbir keçirildi.
18 oktyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Dövlət Müstəqilliyin Bərpası Günü”nün 31 illiyinə həsr edilmiş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açdı. Sonra Kollecin “Tarix və ictimai elmlər” FBK-nın sədri Günel Abdullayevanın məruzəsi dinlənildi.
Tədbirdə Lənkəran–Astara regional təhsil idarəsinin Lənkəran sektorunun aparıcı məsləhətçisi, məktəbdənkənar tərbiyə işləri üzrə kuratoru Cəmil Axundzadə, Ombudsman aparatının Cənub regoinal mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə əməkdaşı Emin Həmidli Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tar.ü.f.d. Cəmil Quliyev, müəllimlər Minarə Qurbanova, Sədaqət Axundova, Sevda Mirzəcanova, Mələk Əhmədzadə, Sevinc Bağırova, Əkbər Novruz, İbrahim Hüseynov və tələbələr iştirak edirdilər.