Tarix və ictimai elmlər
Tarix və ictimai elmlər FBK-nın sədri Abdullayeva Günel Vaqif qızı. Abdullayeva Günel Vaqif qızı 20 may 1980- ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-1997- ci illərdə orta təhsil almış, 1997-ci ildə Lənkəran Dövlət Universitetin “ Tarix və ictimai elmlər” ixtisasına qəbul olmuş, 2001-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Həmin il LDU-nun “Tarix “ ixtisası üzrə magistraturasına daxil olmuş, 2003 – cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2001 – ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecində Tarix müəllimidir.
Günel Abdullayeva 2016- ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Tarix və ictimai elmlər FBK-nın müəllimi Əhmədzadə Mələk Rahim qızı. Əhmədzadə Mələk Rahim qızı 25 Aprel 2000-ci ildə Lənkəran şəhərində anadan olub.Orta təhsilini 2006-2017-ci illərdə Lənkəran şəhəri 10 saylı tam orta məktəbdə alıb. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin, Tarix-coğrafiya və İncəsənət fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə Ali məktəbə daxil olub. 2022-ci ildə Ali təhsilini başa vurub. Hal -hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllimidir.
Tarix və ictimai elmlər FBK-nın müəllimi Bağırova Sevinc Elçin qızı. Sevinc Elçin qızı Bağırova 20 iyun 1998-ci ildə Hacıqabul rayonu Qubalı kəndində anadan olmuşdur.2005-2016-cı illərdə orta təhsil almış, 2017-ci ildə Lənkəran Dövlət Universitetinin “Muzeyşünaslıq arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul olmuş, 2021-ci ildə isə təhsilini başa vurmuşdur.2022-ci ildən isə Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Muzey müəllimidir