Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.

Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.

15 fevral 2023-cü il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Əvvəlcə Şura üzvləri qardaş Türkiyə Cumhuriyyətində baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olan insanların xatirəsini bir  dəqiqəlik sükutla yad etdilər. Kollecdə 2022/2023–cü tədris ilinin I yarısının yekunları və qarşıda duran vəzifələr haqqında Tədris şöbəsinin müdiri İlahə Əyyubova, buraxılış kurs tələbələrinin təcrübəsinə hazırlığın vəziyyəti barədə Təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev,  Fənn proqramları və sillabusların vəziyyəti haqqında Metodiki Şuranın sədri Mirvari Səmədova, cari məsələlər ilə bağlı Şuranın sədri, direktor Leyla İbrahimova məlumat verərək iclasa yekun vurdu.

 

Bir cavab yazın