Kollecdə yaz semestrinin imtahan sessiyasına start verilmişdir.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2 iyun 2023-cü il tarixdə yaz semestrinin imtahan sessiyasına start verilmişdir. İmtahanların kollecin 1 və 3 saylı tədris binasında keçirilməsi nəzərdə tutulmuşdur. İmtahan prosesi 4 iyul 2023-cü il tarixədək davam edəcəkdir.