Kollecin tələbələri, fənn müəllimləri Xəzər dənizinin sahilində iməclik həyata keçirmişdilər.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “Ətraf mühitin mühafizəsi və bərpası”, “Aqronomluq” ixtisasının tələbələri, fənn müəllimləri, təcrübə və karyera üzrə mütəxəssisi Zəka Mehrəliyevin iştirakı ilə “Şəhərimizi təmiz saxlayaq” devzi ilə Xəzər dənizinin sahilində iməclik həyata keçirmişdilər. İməclik zamanı ətraf məişət və plastik tullantılardan təmizlənmişdir.