Azərbaycan Respublikasının xalq artisti Ağacəbrayıl Abasəliyev ilə görüş keçirildi
21.06.2016 cı il tarixində Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağacəbrayıl Abasəliyev ilə Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsinin tələbələrinin görüşü keçirildi. Tədbiri giriş sözü ilə açan kollecin musiqi şöbəsinin müdiri Fikrət Kərimli Ağacəbrayıl Abasəliyevin həyat və yaradıcılığı haqqında ətraflı məruzə etdi. Sonra kollecin direktoru Ruslan Həmidov dəvəti qəbul edib cari tədris ilində buraxılış kurs tələbələrinin Dövlət İmtahan Komissiyasının sədri təyin olunmasını qəbul etdiyinə və tələbələrlə görüşə vaxt ayırdığına görə dəyərli sənətkara minnətdarlığını bildirdi. Söz xalq artisti Ağacəbrayıl Abasəliyevə verildi. Ağacəbrayıl müəllim öz yaradıcılığı və fəaliyyəti haqqında görüş iştirakçılarına qısa məlumat verdikdən sonra tələbə və müəllimləri maraqlandıran sualları cavablandırdı və içtirakçıların xahişilə bir neçə musiqi ifa etdi. Sonda əvəzolunmaz kamança ifaçısı ilə xatirə şəkili çəkildi.
Hepinize başarılar dilerim hepimiz kardeşiz selamlar sevgiler türkiyeden