Aqrar və texnoloji şöbə
Kollecin Aqrar və texnoloji şöbə müdiri vəzifəsini icra edən Əlinur Ziya Əlövsət oğlu.
Əlinur Ziya Əlövsət oğlu 19 fevral 2000-ci ildə Lerik rayonu Tikəband kəndində ziyalı ailəsində anadan olmuşdur. O 2006-cı ildə N.Hacıyev adına Tikəband kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbin 11-ci sinfini başa vurmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsi “Tarix və Coğrafiya müəllimliyi” ixtisasına qəbul olmuş, 2021-ci ildə bitirmşdir. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin “Tarix-coğrafiya və incəsənət” fakültəsinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2023-cü ildə “Məktəbdə sağlam mühitin yaradılması üsulları” adlı dissertasiya işini müdafiə edərək “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşması üzrə magistr elmi dərəcəsi almışdır. Təhsil aldığı müddətdə universiteti respublika səviyyəli bilik yarışları və yazı müsabiqələrində uğurla təmsil etmişdir.
2021-ci ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tarix müəllimi olaraq pedaqoji fəaliyyətə başlamışdır. 2023/2024-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2024-cü ilin sentyabrından tarix müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirir və kollecin “Aqrar və texnoloji” şöbə müdiri vəzifəsini icra edir. Tarix və pedaqogikaya dair nəşr olunan 6 elmi tezis və məqalənin müəllifidir.
2018-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
E-mail: ziyaalinur@gmail.com
Mobil: (+994) 050 700 23 42