Elan: LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec üzrə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin nəzərinə.
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu 19 may – 7 iyun 2021-ci il tarixlərində həyata keçiriləcəkdir. 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün təhsil xərcləri dövlət tərəfindən ödənilməsi həyata keçirilən tələbələrinin 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı https://e-telebe.edu.az elektron portalına müraciət etmələri tələb olunmur.Belə ki, həmin tələbələrin 2020/2021-ci tədris ilinin payız semestri (yarımili) üçün sistemdəki müraciətləri əsas götürülərək onların 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olması statusu elektron informasiya sistemi tərəfindən avtomatik rejimdə yoxlanılacaq,hüququ olan tələbələr üçün təhsil haqqı xərcləri təhsil müəssisələrinə ödəniləcək və bu barədə tələbələrə SMS məlumat göndəriləcəkdir.