Instrumental ifaçılıq (fortepiano,xalq çalğı alətləri)

Instrumental ifaçılıq (fortepiano,xalq çalğı alətləri)

Kollecin “Instrumental ifaçılıq (fortepiano,xalq çalğı alətləri)“FBK-nın sədri Əliyev İlqar Təriş oğlu.
İlqar Əliyev Təriş oğlu 13 avqust 1964-ci ildə Lənkəran şəhərində anadan olub. 1979-cu ildə Lənkəran şəhər 2-saylı orta məktəbin 8-sinfini və həmən ildə Lənkəran  şəhər C.Cabbarlı adına uşaq musiqi məktəbini 5-illik təhsillə kamança ixtisası üzrə başa vurduqdan sonra 1979-cu ildə  Lənkəran musiqi texnikumunun xalq calğı alətləri şöbəsinə Kamança ixtisası üzrə  qəbul olub.Uşaq musiqi  məktəbində təhsil aldığı illərdə Azərbaycan Respublikasında uşaq musiqi məktəbləri üzrə keçirilən “Bahar”-79 müsabiqəsinin diplomantı olub.1979 cu  ildə Lənkəran Musiqi texnikimunun Xalq çalğı alətləri şöbəsinə Kamança ixtisası üzrə qəbul olub.1983-cü ildə Lənkəran Musiqi  texnikumunu xalq çalğı alətləri “kamança”ixtisası üzrə müvəffəqiyyətlə bitirib.

1983-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinə (əyani) daxil olub.1984-cü ildə ali məktəbin I-kursunu bitirdikdən sonra hərbi xidmətə çağrılıb.1986 –cı ildə hərbi xidməti başa vurduqdan sonra Konservatoriyanın II- kursunda təhsilini davam etdirib.1990-cı ildə Ü.Hacıbəyov adına azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri  kafedrasını 5-illik təhsillə başa vuraraq “Konsert  ifaçısı”,Orkestr rəhbəri,(Konsert ifaçısı, Artist),Ansambl rəhbəri,müəllim ixtisasını alıb.36-illik müəllimlik fəaliyyəti var.1986-ci ildən Lənkəran Musiqi texnikimunda ixtisaım üzrə müəllim vəzifəsində çalışır. İlqar Əliyev Təriş oğlu hal hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində Musiqi ixtisası “Instrumental ifaçılıq və vokal”fənn birləşməsinin sədri və müəllim vəzifəsində  çalışır.

Ailəlidir. İki övadı  var.