Aqrar və ekoloji fənlər

Aqrar və ekoloji fənlər

Kollecin “Aqrar və ekoloji fənlər” FBK-nın sədri Əkbərova Nərgiz Afəq qızı
Əkbərova Nərgiz Afəq qızı 1989-cu il mart ayının 8-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 1995-ci ildə Gərmətük qəsəbə orta məktəbinə daxil olmuş, 2006-ci ildə Bakı şəhəri, 292 saylı orta məktəbi bitirmişdir. 2006-cı ildə Bakı Dövlət Universitetinin “Coğrafiya” ixtisasına daxil olmuş, 2011-ci ildə həmin universiteti bitirmişdir. 2021-2023-cü illərdə Lənkəran Dövlət Universitetində “Ekologiya” ixtisasının “Ətraf mühitin mühafizəsi metodları və bərpası” ixtisaslaşması üzrə magistr təhsili almışdır.
2018-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim işləyir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər“ FBK-nın sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.

Kollecin “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Əzizli Nahid Fəxrəddin oğlu.
Əzizli Nahid Fəxrəddin oğlu 4 yanvar 1999-cu ildə Lerik rayon Gendov kəndində anadan olub. 2005-2016-cı illərdə Lerik rayon Nazim Ağayev adına Bülüdül kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakultəsinin “Torpaqşünaslıq və Aqrokimya” ixtisası üzrə olmuş, 2020-ci ildə bitirmişdir. Elə həmin il “Aqrar və mühəndislik” fakultəsinin “Aqrokimya” ixtisası üzrə Magistratura pilləsinə qəbul olmuşdur. 2022-ci ildə Magistr dərəcəsi almış və təhsil aldığı müddətdə yüksək nəticələr göstərdiyinə və Universitetin ictimai həyatında fəal iştirakına görə “fərqlənmə” ilə təltif edilib. 7 elmi məqalə və tezisin müəllifidir.
15 sentyabr 2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakultəsində tam, eyni zamanda Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 0.5 ştat müəllim vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvüdür..