Kollec tələbələri 2 fevral Gənclər günü ilə bağlı keçirilən tədbirdə iştirak etdilər
2 Fevral 2022-ci il tarixində “Gənclər günü” münasibətilə Lənkəran şəhər gənclər və idman idarəsinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Lənkəranda yerləşən təhsil müəssisələrinin gənclər təşkilatlarının üzvləri, qazilər, müharibə iştirakçıları və LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin müəllim və tələbələridə iştirak edirdilər. Tədbiri idarənin rəis müavini Yusif Xamiyev açaraq bildirdi ki, gənclər daim dövlətin diqqət mərkəzindədir. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keşirilmişdir və keçirilir. Bu diqqətin baris nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilmişdir. Gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olumuşdur. Gənclərin təhsil səviyyəsi ilbəil artır. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılmışdır. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir. Sonda bir qrup tələbəyə təhsildə göstərdiyi nailiyyətlərə, gənclər təşkilatının işində fəal iştirakını nəzərə alaraq və 2 Fevral – Gənclər Günü münasibətilə Lənkəran şəhər Gənclər və idman idarəsinin Fəxri Fərman və mükafatları ilə təltif olundu. Onlar arasında LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin qış semestrini əla və yaxşı qiymətlərlə başa vuran 3 tələbə Emilyaxanım Qurbanlı (şəhid baş leytenant Emil Qurbanovun qızı), Aynur Bayramova (Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin bacısı), Ağadadaş Dadaşov (müharibə iştirakçısı, Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilmişdir) fəxri fərman və qiymətli hədiyyələr ilə mükafatlandırıldı. Sonda xatirə şəkli çəkildi.