Kollecdə 2 fevral gənclər günü ilə bağlı tədbir keçirildi
Kollecdə 2 Fevral – Gənclər günü münasibəti ilə “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib. Qeyd olunub ki, 2 fevral 1996-cı il Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı olub. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli Liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirilib. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın böyük oğlu Heydər Əliyev, əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəldib. Ulu öndərin həmin gün imzaladığı sərəncamla fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla həyata keçirilir.