Kollecdə görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi.
22 noyabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Musiqisi ilə əbədiyaşar sənətkar” adlı ədəbi-bədii tədbir keçirilib. Müəllim və tələbələrin də iştirak etdiyi tədbiri giriş sözü ilə FBK sədri İlqar Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dahi bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında imzalanmış sərəncama uyğun olaraq respublikada silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir. Kollecin müəllimi Sevda Mirzəcanova isə Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun həyat və yaradıcılığı əsərləri barədə geniş məlumat vermişdir. Sonda Kollecin müəllim və tələbələrinin ifasında Fikrət Əmirovun əsərlərindən nümunələr səsləndirilmiş, bəstəkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunmuşdur.