Kollecdə “Heydər Əliyev və Gənclər siyasəti” adlı dəyirmi masa keçirildi.
13 aprel 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu Ondər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlər planına uyğun olaraq “Heydər Əliyev və Gənclər siyasəti” adlı dəyirmi masa keçirildi. Tədbirdə Tələbə Gənclər Təşkilatının sədri Samid Xudadlı, fəal üzvlər Heydər Əliyev irsi və gənclər siyasəti, gənclərə dövlət qayğısından bəhs edən məruzə və çıxışlar dinlənildi.Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayiş etdirildi.