Kollecdə “Məzun 2023-cü il” adlı tədbir keçirilmişdir.
4 iyul 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Məzun 2023-cü il” adlı tədbir keçirilmişdir. Tədbiri Kollecin direktoru Leyla İbrahimova açaraq bütün məzunları məzun olmaq münasibəti ilə təbrik etmiş, onlara xoş arzularını bildirmişdir. Tədbirdə Lənkəran Dövlət Universitetinin Sosial məsələlər üzrə prorektoru professor Kamran Kazımov, İctimai şuranın sədri, Ağsaqqallar şurasının sədr müavini Güloğlan Bağırov, “Riyaziyyat və informatika” kafedrasının baş müəllimi Şakir Həbibov çıxış edərək məzunları təbrik etmiş, kollecin məzunu Fizika,riyaziyyat elmlər doktoru professor Qabil Yaqubov məzunlara təbrik məktubu səsləndirmişdir. Kollecin və Lənkəran Dövlət Universitetinin mədəni-kütləvi tədbirlərində fəal iştirak edən kollecin müəllim və tələbə heyəti Lənkəran Dövlət Universitetinin rektoru professor cənab Natiq İbrahimovun müvafiq əmri ilə təşəkkürnamə ilə təltif edilmişdir. Sonda kollec tələbələrinin iştirakı ilə konsert proqramı tədbir iştirakçılarına təqdim olunmuşdur.