Kollecin tələbələri “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda vebinarda iştirak etdilər.
26 iyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Şəhər Təhsil Şöbəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı və Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin iştirakı ilə onlayn video-konfrans keçirildi. Konfrans ilk öncə Vətən Müharibəsi Şəhidlərinin ruhunun bir dəqiqəlik sukutla yad edilməsi ilə başladı. Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev “Narkotiklər haqqında həqiqəti öyrənək” adlı məruzə ilə çıxış edərək bildirdi ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamətində səylərini artırırlar. Ölkəmizdə həm təhsil, həm də asudə vaxtın səmərəli keçirilməsində gənclər üçün hər cür şəraitin yaradıldığı bir dövrdə narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd olduğunu vurğulanmış və gəncləri ictimaiyyətdə bu bəlaya düçar olmuş insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləmişlər. Bu istiqamətdə vətəndaşları narkomaniyaya qarşı ictimai rəy göstərərək dəstək olmasına və maarifləndirmə tədbirlərinə hər kəsin aktiv olmasına çağırışlar edilməsi diqqətə çatdırıldı. İctimaiyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Azərbaycanda narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Tədbirlər Planına uyğun olaraq maarifləndirmə tədbirləri həyata keçirir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin kapitanı Ənvər Ağayev, 7 saylı tam orta məktəbin direktoru Səadət Kazımova və Lənkəran şəhər gənclər və idman idarəsinin rəis müavini Yusif Xamiyev çıxış edərək gəncləri ilk öncə Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə təbrik etdikdən sonra mövzu ətrafında çıxış etdilər. Çıxışçılar bildilər ki, cari il ərzində məktəblilər üçün “Sağlam yaşam tərzi” devizi altında narkomaniya, tütün və digər zərərli vərdişlərin mənfi təsiri ilə maarifləndirici tədbirlər keçirilmiş və tədbirlər zamanı şagirdlərlə narkomaniyanın insan orqanizminə və gələcək həyatına mənfi təsiri barədə maarifləndirici bukletlər şagirdlərə paylanılmış və maarifləndirici banerlər məktəblərin və digər xidmət sahələrinin giriş və çıxışlarında yapışdırılmışdır. Bu istiqamətdə tədbirlər davam etdirilməsini bildirilmişdir.
Aygun Axundzadə
LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin İKT üzrə mühəndisi