Kollecdə Novruz bayramına həsr olunmuş “Novruz gəlir”adlı tədbir keçirildi.
16 mart 2023-cü il tarixdə Lənkəran Dövlət Universitetinin elmi kitabxanasında Kollecin Novruz bayramına həsr olunmuş “Novruz gəlir”adlı tədbiri keçirildi. Tədbirdə vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq müəllim və tələbə heyətini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi.Sonda İnstrumental ifaçılıq və Vokal FBK-sının və Tələbə Gənclər təşkilatının birgə hazırladığı konsert proqramı və səhnəciklər təqdim olundu.Sonda Kollecin direktoru Leyla İbrahimova yaratdığı şəraitə görə Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimova və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.