Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi
22 dekabr 2022-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Şuranın sədri direktor Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi. Kollecdə Pedaqoji şura iclaslarında Pedaqoji (sınaq) və istehsalat təcrübələrinin gedişi haqqında Təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Sevər Əhmədova çıxışında bildirdi ki, 9 dekabrda başlanan pedaqoji və istehsalat təcrübəsi 7 qrup 5 ixtisas olmaqla 4 həftə davam edəcək və 06 yanvar 2023-cü il tarixində yekunlaşacaq. Ümumilikdə 144 tələbə Lənkəran 4 nömrəli HTML-də, 9 nömrəli uşaq baxçasında, Lənkəran Dövlət Universitetinin tədris-təcrübə bazasında təcrübə keçir. 2022/2023–cü tədris ilinin payız semestrinin sessiyasına hazırlığın vəziyyəti haqqında Tədris şöbəsinin müdiri İlahə Əyyubova bildirdi ki, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollec üzrə 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq davam edir. Qiyabi təhsilalma forması üzrə təhsil alan tələbələrə 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında və dərslərdə iştirak etmələri ilə bağlı arayış-çağırışların göndərilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-721 nömrəli 16.12.2022-ci il tarixli «İmtahan sessiyasının təşkili və keçirilməsi barədə» əmrinə əsasən Kollec üzrə 19 dekabr 2022-ci il tarixli 02\351 nömrəli əmr hazırlanaraq təsdiq olunmuşdur. Əmrə uyğun olaraq imtahan sessiyasının keçirilməsinə dair qaydalar yenidən xatırlanaraq imtahanların ciddi, şəffaf və obyektiv keçirilməsinə diqqət artırılmışdır. Həmçinin bu il Kollecdə imtahanların gedişi İctimai Şura tərəfindən izləniləcəkdir. Sonda Şuranın sədri Leyla İbrahimova çıxış edərək iclasa yekun vurdu.