Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
6 aprel 2023-cü il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Şuranın sədri direktor Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə məlumat verdi.Kollecdə vətənpərvərlik ruhunda tələbələrlə aparılan tərbiyə işlərinin vəziyyəti haqqında Tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva,şöbələrdə tədris və metodiki işlərin vəziyyəti haqqında Sosial şöbənin müdiri Gülayə Talışxanova və Aqrar şöbənin müdiri Sevər Əhmədova,Kollecin kitabxanasında işin təşkili və kitab fondunun artırılmasının vəziyyəti haqqında Kitabxana müdiri Rəvanə Salayeva çıxış edərək,ətraflı məlumat verdilər. Cari məsələdə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər planının icra vəziyyəti” haqqında Tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva məlumat verdi.