Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirilib.
12 may 2023–cü il tarixində LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirilib. Şuranın sədri direktor Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə Şura üzvlərini məlumatlandırıb. 2022/2023–cü tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Həbib Həbibi məlumat verib. Məlumatda bildirilib ki, kollecdə 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün 02.06.2023-cü il tarixdən 04.07.2023-cü il tarixinədək olan müddətdə, qiyabi təhsilalma forması üzrə tədris qrupları üçün isə 05.06.2023-cü il tarixindən 10.06.2023-cü il tarixinədək olan müddətdə keçiriləcək. Həbib Həbibi imtahan sessiyasına hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu deyib.
Kollecin buraxılış kurs tələbələrinin Dövlət Attestasiyasına buraxılmaları haqqında Tədris şöbəsinin müdiri İlahə Əyyubova məlumat verib. Məlumatda bildirib ki, Yekun Dövlət Attestasiyası keçiriləcək buraxılış qruplarda 15 ixtisas üzrə 249 tələbə təhsil alır. 144 tələbə tədris planlarında nəzərdə tutulmuş bütün attestasiyaları müvəffəqiyyətlə başa vurub.
Buraxılış kurs tələbələrinin təcrübəsinin nəticələri haqqında Təcrübə rəhbəri və karyera üzrə mütəxəssis Zəka Mehrəliyev məlumat verib. Pedaqoji təcrübədə icmal dərslərin keçirilməsi davam edir həmçinin yaşadığı ərazidə təcrübə keçən tələbələr keçdikləri dərslərdən mütəmadi olaraq video görüntülər göndərir. “Marketinq (sahələr üzrə)” II tədris ili (III kurs) “Mühasibat uçotu” II tədris ili (III kurs) qrupu tələbələri “yumuşaq bacarıqlar” təcrübəsi yekunlaşıb “sərt bacarıqlar” təcrübəsi başlayıb və Kollecin 1 saylı tədris binasında keçirilir. “Aqronomluq” III tədris ili (IV kurs) və “Aqronomluq” II tədris ili (III kurs) tələbələri Zona təcrübə stansiyasında tərəvəz və bostan bitkilərinin əkilməsində iştirak edib.
“Qeydiyyat, Qiymətləndirmə və Monitorinq” bölməsində aparılan işlərin vəziyyəti və təhlili haqqında Bölmə rəhbəri Təravət Əmənova kollokviumların keçirilməsi və nəticələri barədə məlumat verib.Sonda cari məsələ ilə bağlı Şuranın sədri direktor Leyla İbrahimova məlumat verərək iclasa yekun vurub.