Kollecdə “Tədrisin keyfiyyətinin artırılmasında sosial-psixoloji tövsiyyələr” adlı onlayn tədbir keçirildi.

Kollecdə “Tədrisin keyfiyyətinin artırılmasında sosial-psixoloji tövsiyyələr” adlı onlayn tədbir keçirildi.

14 aprel 2021–ci il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə onlayn formatda keçirilən tədbiri giriş sözü ilə Kollecin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ruslan Həmidov açaraq bildirdi ki, “İnsan fəaliyətinin elə bir sahəsi yoxdur ki, orada sosial-psixoloji biliklərin zəruriliyi hiss edilməsin. Hazırkı dövrdə bütün dünyada hər cür fəaliyətin və insan münasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Ona görə də psixologiya insan haqqında əsas elmlərdən biri kimi insana xidməti ön plana çəkmişdir. İndiki dövrdə hər bir müvəffəqiyyəti və çətinliyi doğuran psixoloji mexanizmi açmağa cəhd göstərilir, bu sahədəki qanunauyğunluqlardan istifadəyə can atılır. Bəzən böyük bir müəssisədə ilk baxışda hər şey öz yerində, öz qaydasında olduğu halda, nəticə sevindirici olmur: əmək məhsuldarlığı aşağı düşür, qarşılıqlı münasibətlər pozulur, işçi axını başlanır. Yaxud, hər cəhətdən yüksək imkanlara malik hesab edilən komanda birdən–birə sanki dəyişilir və gözləntilərin əksini nümayiş etdirir. Bu kimi hallarda psixoloji işin aparılması, başqa sözlə psixoloqun işə qarışması lazım gəlir və səmərəli nəticə verir. Deməli, həmin sahələrdə psixoloji xidmət həyata keçirilir. Məhz bu cür münasibət tərzindən “psixoloji xidmət” anlayışı meydana gəlmiş və geniş yer almışdır. Elə Kollecimizdə fəaliyyət göstərən psixoloq da eyni məramın təbliğçisidir. Müasir tədris müəssisələrininpedaqoji fəaliyyətlərinin yüksək keyfiyyətlə yerinə yetirə bilməsi üçün psixoloji dəstəyə ehtiyacları böyükdür”.

Məruzə ətrafında Kollecin psixoloqu Zülfiyyə Əliyeva “Psixoloji məsləhətlər”, Sosial şöbə müdiri Gülayə Talışxanova “Sosial pedaqoji tövsiyyələr”, Aqrar və texnoloji şöbə müdiri Dəyanət Əskərov “Onlayn tədrisin əsas keyfiyyətləri” mövzularında məruzəylə çıxışlar etdilər. Bundan başqa, tədbirdə iştirak edən tələbələrin sualları cavablandırıldı, arzu və istəkləri nəzərdən keçirildi, pedaqoji kollektivin gələcək fəaliyyətlərində üstün pedaqoji nəayyətlərdən bəhrələnmələri tövsiyyə olundu.

 

                                      Cəmil Quliyev

                                     Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və

                                    Aqrar-Texnoloji Kollecin direktor köməkçisi, t.ü.f.d.

Bir cavab yazın