Kollecimizdə “Müəllim Günü” nə həsr olunmuş tədbir keçirildi.
05.10.2015 tarixində Lənkəran Dövlət Humanitar Kollecində “Müəllim Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq bildirdi ki, bu gün respublikamızın hər bir tədris ocağında “Müəllim Günü” kimi qeyd olunur. Bizim kollecdə hər il olduğu kimi, bu il də həmin ənənəyə sadiq qalaraq “Müəllim Günü” qeyd olunur. Ruslan müəllim bütün kollektivi bu bayram günü münasibətilə təbrik edib, onlara yeni – yeni yaradıcılıq uğurları arzu etdi.
Sonra kollecin müəllimi S. Səbirə çıxış edərək həmkarlarını bu bayram münasibətilə təbrik etdi.
Tələbələrdən M.Aysun, M.Aytən və.s çıxışlarında müəllimlərini – bu şərəfli peşənin nümayəndələrini öz peşə bayramı münasibətilə təbrik etdilər.
Rəsmi hissədən sonra müəllimlər kollec rəhbərliyi tərəfindən hazırlanmış çay süfrəsi ətrafında toplaşdılar.