Kollecimizdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirildi.
28.12.2015-ci ildə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” bayramları münasibəti ilə Lənkəran Dövlət Humanitar Kollecində tədbir keçirildi. İlk olaraq tədbiri Lənkəran Dövlət Humanitar Kollecin direktoru Ruslan Həmidov açaraq bildirdi ki, bu gün bütün dünya azərbaycanlıları üçün çox ələmətdar günlərdən birini yaşayırıq. Ulu Öndər Heydər Əliyevin təsis etdiyi və təməlini qoudugu Dünya azərbaycanlılarının həmrəylik gününü qeyd edirik. Eyni zamanda yeni-2016-cı ilin qarşılanması ərəfəsindəyik. Bu gün bütün Azərbaycan xalqı kimi biz də bu bayramları böyük ruh yüksəkliyi və fərəhlə qeyd edirik. Respublikamızın iqtisadi və sosial həyatının bütün sahələrində Ulu Öndər Heydər Əliyevin başladığı genişmiqyaslı işləri hazırda ölkə başcısı Möhtərəm İlham Əliyev Cənabları uğurla davam etdirir. Onun diqqət və qayğısı, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan hər bir sahədə inkişaf etmiş dünya ölkələrindən birinə çevrilmişdi. Bu gün təhsil sahəsində aparılan innovasiyalar, qazanılan uğurlar, təhsil alan gənclərimiz üçün yaradılan gözəl şərait, gələcək üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün atılan addımlar bunun bariz nümunəsidir. Çıxışının sonunda Ruslan müəllim bir daha kollecin bütün müəllim və tələbə kollektivini 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti təbrik etdi və onlara uğurlar arzuladı.
Sonra tədbirə dəvət olunmuş qonaqlara söz verildi. Qonaqların və əməkdaşların təbriklərindən sonra tələbələr öz təbriklərini söylədilər. Rəsmi hissə bitdikdən sonra bədii hissə başlandı. Kollecinin tələbələri, əsasən də musiqi şöbəsinin tələbələri gözəl ifalar və yolka ətrafında rəqslər təqdim etdilər. Şaxta baba ilə qar qız isə bayram tədbirini daha da maraqlı etdilər.