Kollecimizdə“Beynəlxalq Dəniz Günü” nə həsr olunmuş tədbir keçirildi.
30.09.2015 tarixində Lənkəran Dövlət Humanitar Kollecində “Beynəlxalq Dəniz Günü” nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq bildirdi ki, sentyabrın son həftəsi “Beynəlxalq Dəniz Günü” kimi qeyd olunur. Ekologiya və təbii sərvətlər nazirliyinin 1 saylı ərazi üzrə şöbənin sector müdiri, ekoloq jurnalist Bəxtiyar Hüseynov çıxış edərək bildirdi ki, Xəzər dənizinin ekoloji vəziyyəti dövlətimizin diqqət mərkəzindədir.
Sonra kollecin müəllimləri A.Samirə və Ə.Aynur öz çıxışlarında Xəzərin ekosisteminə təsir edən mənfi amillərdən danışdılar. Kollecin III kurs tələbəsi Eyyub Məmmədov Xəzərin nadir flora və faunasının tükənməsinin başlıca şərtlərini açıqladı.