LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 2022–2023–cü tədris ilinin payız imtahan sessiyasına start verilmişdir.
6 yanvar 2023–cü il tarixindən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasına start verilib. Kollec üzrə 05 dekabr 2022–ci il tarixli 02/341 saylı əmr və “Elm və Təhsil Nazirliyinin İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022–ci il tarixli F–721 nömrəli əmrə əsasən imtahanlar əyani formada keçirilir. Sessiya müddətində tədris olunan fənlərin həcminin və məzmununun sillabuslara, tematik planlara, proqramlara uyğunluğunun yoxlanılması məqsədilə xüsusi komissiya, imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə Operativ Qərargah, imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə Appelyasiya Komissiyası yaradılmışdır. 2022–2023–cü tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə tədris qrupları üçün 01.02.2023–cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə tədris qrupları üçün 06.01.2023–cü il tarixindən 11.01.2023–cü il tarixinədək davam edəcəkdir.