LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə 8 noyabr “Zəfər günü”nə həsr olunmuş açıq dərs keçirildi.

04 noyabr 2021–ci il tarixində Kollecdə 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş açıq dərs keçirildi. Dərsi giriş sözü ilə Kollecin şöbə müdiri Dəyanət Əsgərov açaraq bildirdi ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Sonra “Pedaqogika, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı” FBK-nın sədri Farid Salayev çıxış edərək bildirdi ki, qısa müddətdə yol, işıq, su  və digər infrastrukturun qurulması,  “Xarıbülbül” festivalından sonra “Vaqif” poeziya günlərinin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanının ilk sınaq uçuşu etməsi ölkəmizin gücünün, siyasi iradəsinin,  iqtisadi imkanlarının göstəricisidir. Cənab Prezidentin işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməl qoyma mərasimləri, işğaldan azad olunmuş şəhərlərin baş planın hazırlanması, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu  ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni-dini irsimizi yenidən bərpa edilməsi bütün bunlar hamımızı sevindirir, yüksək əhval-ruhiyyə yaradır.

Fənn müəllimi Aydan Vəliyeva Zəfər gününə həsr edilmiş açıq dərsdə qeyd etdi ki, Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə  yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi,  mədəniyyəti, musiqisi,  qan yaddaşı ilə yenidən doğulur, dirçəlir.  Mən inanıram ki, xalqımız  hər zaman olduğu kimi, milli birliyi davam etdirəcək,  ölkə başçısının ətrafında sıx birləşərək Azərbaycanımızın inkişafı, daha da güclənməsi naminə öz səylərini göstərəcəkdir. Açıq dərsdə Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, şöbə müdiri Dəyanət Əskərov, psixoloq Zülfiyyə Əliyeva, FBK sədri Farid Salayev iştirak edirdi.

 

                                                                    Cəmil Quliyev

                            Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.

Bir cavab yazın