LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Aşıq Ələsgərin 200 illik yubileyi keçirildi.

LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Aşıq Ələsgərin 200 illik yubileyi keçirildi.

Bu il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəranda da Aşıq Ələsgərin 200 illik yubileyi təntənə ilə qeyd edilir.3 noyabr 2021-ci il tarixində LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aşıq Ələsgərin 200 illik yubileyi” qeyd edildi. Yubiley tədbirində Kollecin direktor müavini Ülviyyə Rzayeva, şöbə müdiri Dəyanət Əsgərov, direktor köməkçisi Cəmil Quliyev, psixoloq Zülfiyyə Əliyeva, FBK sədri Ülkər Bəşirova, müəllim Şaistə Mustafayeva və I kurs tələbələri iştirak edirdilər. Çıxış edənlər bildirdilər ki, Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatına töhfələri, habelə Türk dünyasının aşıq sənətinə təsiri böyük olmuşdur. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür. Diqqətə çatdırılıb ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Böyük sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib.Vurğulanıb ki, Aşıq Ələsgərin ölkəmizdə və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş kimi yaşamaqdadır. Tədbirdə Kollecin tələbələri Bahar Nuriyeva, Zəhra Məhərrəmova, Ləman Seyfullazadə, Aysu İsmayılova, Nuray Səfərova, Nuray Tağıyeva və Əli Babayev Aşıq Ələsgərin şerlərindən parçalar səsləndirdilər.

 

Bir cavab yazın