LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecdə maarifləndirici tədbir keçirildi.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən göndərilmiş məktuba əsasən işğaldan azad edilmiş ərazilərdə mövcud mina və partlayıcı sursatların təhlükəsi və bu təhlükədən qorunmağa dair təhlükəsiz davranış qaydaları və məlumatlılığının artırılması istiqamətində 8 may 2023–ci il tarixində Kollecin “Fiziki tərbiyə müəllimliyi” ixtisasının III kurs tələbələrinə “Mina təhlükəsizliyi və partlamamış hərbi sursatların təhlükəsinə dair” maarifləndirici tədbir keçirildi.
Kollecin Mülki Müdafiə Qərargahının rəisi Cəmil Quliyev mövzu haqqında ətraflı məlumat verərək bildirdi ki, mina və digər hərbi sursatların təhlükəsinə dair maarifləndirmənin əsas məqsədi əhalini təhlükəsizlik qaydaları ilə tanış etmək, mina və digər hərbi sursatların təhlükəsinə dair maarifləndirmək, hərbi sursatlarla bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün onlarda zəruri bilik və vərdişləri formalaşdırmaqdır.
Mövzu ətrafında “İqtisadiyyat və idarəetmə” FBK–nın sədri Həbib Həbibi, fənn müəllimi Aydan Vəliyeva çıxış edərək partlamamış hərbi sursatlar və mühəndis maneələri haqqında məlumat verdikdən sonra dərsə yekun vuruldu.